Futbol Xəbərlər

Madrid “Real”ı Qaret Beylə marağını itirib. Karlo Ançelotti Amerika turnesindən sonra prezident Florentino Peresə uelsli futbolçunun onun planlarına uyğun gəlmədiyini bildirib. Məlumatı İngiltərənin “The Telegraf” agentliyi yayıb. Xatırladaq ki, hazırda “Mançester Yunayted” futbolçuya maraq göstərir. Beylin transfer qiyməti 105 milyon funt sterlinqdir.

“Arsenal” “Bavariya”nın yarımmüdafiəçisi Luis Qustavonu heyətinə qatmaq istəyir. London klubu 26 yaşlı braziliyalı futbolçuya görə qarşı tərəfə 17 milyon funt sterlinq təklif edib. “Topçular”dan başqa, Luis Qustavo “İnter”, “Napoli” və “Volfsburq”un da maraq dairəsindədir.